ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürə biləcəyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Yenidən namizəd olub-olmayacağı ilə bağlı suala o, “Bəlkə də, düşünürəm. Mən Amerika Birləşmiş Ştatlarının prezidenti olmağın bir addımlığında idim. Bu işin nə demək olduğunu bilirəm”, – deyə cavab verib.
O əlavə edib ki, hazırkı vəziyyətin xalqın maraqlarına uyğun olmadığı getdikcə daha aydın olur.
“Namizəd olmaq istəyən hər kəs yalnız şəxsi istəkləri barədə düşünməməli, həm də xalqın ehtiyaclarını ödəməlidir” – Harris deyib.