İran İtaliyada həbsdə olan vətəndaşı Məhəmməd Abedini Nəcəfabadinin azad edilərək ölkəyə qaytarıldığını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
Qeyd edək ki, 38 yaşlı Məhəmməd Abedini Nəcəfabadini ABŞ-ın tələbi ilə keçən ay Milanda həbs edilmişdi.
Məhəmməd Abedini Nəcəfabadi dron texnologiyasını İrana ötürməkdə ittiham olunurdu.
Xatırladaq ki, İran yanvarın 8-də italiyalı jurnalist Sesiliya Salanı azad edərək İtaliyaya qaytarıb.