Trampdan Netanyahuya ultimatum: 20 yanvarda masamda görmək istəyirəm!

Trampdan Netanyahuya ultimatum: 20 yanvarda masamda görmək istəyirəm!

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp İsrail Baş naziri Benyamin Netanyahuya 8 gün vaxt verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

“İsrail mətbuatı HƏMAS-la girov mübadiləsi ilə bağlı razılıq əldə edildiyini yazır. Digər tərəfdən, məlum olur ki, Tramp Netanyahuya ultimatum göndərib.

Trampın Yaxın Şərq üzrə nümayəndəsi Steve Vitkoff Netanyahuya deyib ki, ABŞ-ın yeni lideri 20 yanvarda keçiriləcək andiçmə mərasimində girovlarla bağlı razılaşmanı masasının üzərində görmək istəyir”, – məlumatda qeyd olunub.

İsrail mediası isə məsələyə belə münasibət bildirib:

“Təl-Əviv razılıq əldə oluna biləcəyini düşünməsəydi, Qətərə getməzdi. Çətin olacaq, lakin komanda razılığa gəlmək üçün əlindən gələni edəcək”.

Safura Bənnayeva
Globalinfo.az