azerbaycan gemi

Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada yerləşən Eritreya dövlətinə aid sularda həbs edilib.

Globalinfo.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə uzaqsəfərlər kapitanı Səyyar Quliyev məlumat verib.

O iddia edir ki, heyət 2 aya yaxındır ac-susuz girov saxlanılır. Gəmilərin Bakıdan Ərəbistana yola çıxdığı, havanın küləkli olması səbəbindən Afrikaya – Eritreyaya istiqamətinə yönəldiyi, guya Eritreyanın sularına daxil olduğu üçün saxlanıldığı bildirilir.

Daha ətraflı süjetdə:

Paylaş: