volodin 1

Rusiyada xarici dillərin istifadəsini məhdudlaşdırmaq istəyirlər.

Globalinfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin məlumat verib.

“Rus dilinin qorunması haqqında qanun layihəsi prioritet kimi nəzərdən keçiriləcək. Birinci oxunuşda baxılması üçün qanun layihəsini hazırlamaq Dövlət Dumasının Mədəniyyət Komitəsinə həvalə edilib”, – V.Volodin deyib.

Xatırladaq ki, bundan öncə Rusiya Prezidenti Vladimir Putin rus dilini bilməyən miqrant uşaqların məktəblərə qəbulunu qadağan edən qanunu imzalamışdı. Qanuna əsasən məktəblərə yazılmazdan əvvəl uşaqlar dil biliyi üçün xüsusi imtahandan keçməlidirlər.

Globalinfo.az

Paylaş: