IMG 20221227 WA0020

24 dekabrda Azərbaycan Pankration, Qrapplinq vı MMA Federasiyası 2022-ci ilin yekunlarına həsr olunan hesabat konfransı keçirilib.

Globalinfo.az xəbər verir ki, tədbir şəhidlərin anılması və dövlət himninin səsləndirilməsi ilə başlayıb.

IMG 20221227 WA0021

Tədbirdə dövlət başçısının idman sahəsindəki uğurlu siyasəti, idmana verdiyi xüsusi diqqət və qayğısı, Azərbaycanın idman dünyasında artan nüfuzu və 44 günlük Vətən Müharibəsi zamanı Ali Baş Komandanın xalqla birliyi, qazanılan tarixi zəfərimiz haqqında məlumat verilib.

Həmçinin, Prezidentin doğum günü ilə bağlı Konfrans iştirakçıları adından təbrik də səsləndirilib.

Tədbirdə çıxış edən Federasiya Prezidenti Azad Əsgərov 2022-ci ilin hesabatını təqdim edib. Qazanılan yeni uğur və nəaliyyətlər haqqında məlumat verib.

IMG 20221227 WA0026

Federasiyanın təsis konfransında İdarə Heyəti və idman növləri üzrə vitse-prezidentlər seçilib. Azad Əsgərov təsis konfransı haqqında danışıb və yeni seçilən İdarə Heyətini təqdim edib.

İdarə heyətinin üzvləri Baş katib Rəmiş Malıyev, Qrapplinq üzrə I vitse-prezident Hüseynəli Abbaslı, Qrapplinq üzrə vitse-prezident Kamil Qocayev, MMA üzrə vitse-prezident Çingiz Kişiyev, MMA və Pankration üzrə vitse-prezident Rəşad Seyfəddinov seçilib.

Azad Əsgərov 2023-cü il üçün yeni planlar haqqında ətrafl məlumatı verib.

Sonra Milli Olimpiya Komitəsinin İdman İdarəsinin müdiri Həsənağa Rzayev, Gənclər və İdman Nazirliyinin nümayəndələri Sevda Mirzəyeva və Rəşad Rəsulov, Bakı şəhəri Baş Gənclər və İdman idarəsinin rəisi Raqif Abbasov idman ictimayyətinə öz fikirlərini çatdırıblar.

IMG 20221227 WA0027

Tədbir 2022-ci il ərzində müxtəlif beynəlxalq yarışlarda iştirak edən MMA idman növü üzrə peşəkar döyüşçülər, MMA, Pankration və Qrapplinq idman nüvərində avropa, dünya və respublika çempionatında mükafat qazanan idmançılar fərqlənən peşəkar-idmançılara İlin idmançısı fəxri diplomu təqdim edilib.

Həmçinin, fərqlənən məşqçilərin “İlin məşqçisi” , uğur qazanan klublar “İlin klubu”, ən yaxşı hakimlərin   “İlin hakimi”  və media nümayəndələrinə “İlin Media qurumu” fəxri diplomları təqdim edilib.

Federasiyaya üzv olan yeni məşqçilərin sertifikatları təqdim olunub.

Sonra ilin yarışlarının və idmançıların qələbələri haqda video-təqdimat yayımlanıb.

IMG 20221227 WA0027 IMG 20221227 WA0026 IMG 20221227 WA0025 IMG 20221227 WA0024  IMG 20221227 WA0022 IMG 20221227 WA0021

Paylaş: