HƏMAS girovluqda olan İsrail vətəndaşlarını yanvarın 20-nə kimi azad etməsə, ciddi nəticələri olacaq.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp deyib.
“Mən xəbərdarlıq etdim ki, həmin tarixə qədər girovlar evlərinə qaytarılmasa, cəhənnəm qopacaq”.
Bu ifadənin konkret nə demək olduğu ilə bağlı sualı isə belə cavablayıb:
“Onlar bunun nə demək olduğunu özləri başa düşməlidirlər. Burada xoş bir şey olmayacaq”.