thumbs b c 8cf62ba9dfe7bd4542be7b9412fd90f8

Rusiya qoşunları Kremlin nəzarəti saxlamağa çalışdığı Suriyanın Xmeymim və Tartusdakı bazalarından çıxarılır.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Məlumata görə, Rusiya hərbi-nəqliyyat təyyarələri Suriyadan Rusiya ərazisindəki aerodromlara, xüsusən də Çkalovsk, Nijni Novqorod və Mahaçqalaya doğru istiqamət alıb.

Silahların, hərbi texnikanın və şəxsi heyətin təxliyəsi üçün Rusiya 196-cı hərbi nəqliyyat aviasiya alayının “İl-76MD”, Daxili İşlər Nazirliyinin “İl-76MD” və Rusiya Müdafiə Nazirliyinə məxsus 224-cü uçuş dəstəsinin  “An-124-100” təyyarələrindən istifadə edib.

Müşviq Tofiqoğlu
Globalinfo.az  

Paylaş: