pasinyan putin 900x675 1

Rusiya tərəfi Ermənistanın baş naziri Nikol Paşinyanın ad gününün təbrik edilməsini Moskvanın İrəvanın xarici siyasət kursuna münasibətində mümkün yumşalması kimi görmür.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın hakimiyyət dairələrindəki mənbəyə istinadən “Kommersant” qəzeti məlumat yayıb.

Mənbənin sözlərinə görə, Kremldən İrəvana edilən telefon zəngi Rusiyanın Ermənistanın gələcək xarici siyasət istiqaməti ilə bağlı mövqeyinə yenidən baxdığı anlamına gəlmir.

Moskva Ermənistanın xarici siyasət kursunun dəyişdirilməsi ehtimalını prinsipial saymağa davam edir. Həmçinin ölkənin Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzvlüyü mövzusunun ümumxalq referendumuna çıxarılması tələbindən geri çəkilmir.

Mənbə vurğulayıb ki, Rusiya Ermənistanın gələcək geosiyasi seçimi ilə bağlı məsələyə əvvəlki kimi xüsusi önəm verir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: