Rusiya qoşunları Kremlin nəzarəti saxlamağa çalışdığı Suriyanın Xmeymim və Tartusdakı bazalarından çıxarılır.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Məlumata görə, Rusiya hərbi-nəqliyyat təyyarələri Suriyadan Rusiya ərazisindəki aerodromlara, xüsusən də Çkalovsk, Nijni Novqorod və Mahaçqalaya doğru istiqamət alıb.
Silahların, hərbi texnikanın və şəxsi heyətin təxliyəsi üçün Rusiya 196-cı hərbi nəqliyyat aviasiya alayının “İl-76MD”, Daxili İşlər Nazirliyinin “İl-76MD” və Rusiya Müdafiə Nazirliyinə məxsus 224-cü uçuş dəstəsinin “An-124-100” təyyarələrindən istifadə edib.
Müşviq Tofiqoğlu
Globalinfo.az