tixac yagis

Yağıntılı hava şəraiti ilə bağlı Bakıda bəzi yollarda sıxlıq müşahidə edilir.

Globalinfo.az xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Məlumata əsasən, hazırda yollardakı vəziyyət aşağıdakı kimidir:

– Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

– Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

– Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə edilir.

1fca5ef8 42c2 458f a811 22e66a1ee454

Paylaş: