rusiyaraket

Yəmənin husilər hərəkatı Ərəb dənizində ABŞ-ın esminesinə və üç təchizat gəmisinə zərblər endiib.

Globalinfo.az xəbər verir ki, bu açıqlama ilə qiyamçıların hərbi nümayəndəsi Yəhya Sariya çıxış edib.

Onun sözlərinə görə, hücum Ərəbistan dənizi və Ədən körfəzində 16 ballistik və qanadlı raket, eyni zamanda pilotsuz uçan aparat vasitəsilə həyata keçirilib.

Sarianın sözlərinə görə, “Stena Impeccable” tankeri, “Maersk Saratoga” konteyner gəmisi və “Liberty Grace” yük gəmisi hücuma məruz qalıb.

O əlavə edib ki, husilər Qəzza zolağına qarşı hərəkətlər dayandırılana qədər ABŞ və İsraillə əlaqəli gəmilərə hücumlarını davam etdirəcəklər.

Paylaş: