
“Qarabağ” “Lion”a 4-1 hesablama məğlub oldu.
***
Juninyo 88-ci dəqiqədə fərqi azaltdı: 1-4.
***
80-ci dəqiqədə “Qarabağ” qapısından dördüncü qolu buraxdı: 0-4.
***
68-ci dəqiqədə Malik Fofana fərqlənib. – 0:3.
***
63-cü dəqiqədə Tolisso adını tabloya yazdırıb. – 0:2.
***
İkinci hissə başlayıb.
***
Oyunda ilk hissə başa çatıb.
Globalinfo.az xəbər verir ki, ilk hissənin nəticəsinə görə, qonaqlar hesabda öndədirlər – 0:1.
***
15-ci dəqiqədə Jorj Mikautadze hesabı açır – 0:1
***
Matç başladı.
***
UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda baş tutacaq “Qarabağ” – “Lion” (Fransa) matçından əvvəl komandaların start heyətləri açıqlanıb.
Globalinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun 21:45-də başlayacaq.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
“Qarabağ”: Mateuş Koxalski, Veşoviç, Bəhlul Mustafazadə, Kevin Medina, Toral Bayramov, Patrik Andrade, Yankoviç, Yassin Benzia, Aleksey Kaşuk, Abdullah Zubir, Juninyo.
“Lion”: Remi Deşam, Nikolas Talyafiko, Omari, Due Çaleta-Tsar, Naylz, Rayan Çerki, Tanner Tessmann, Cordan Veretu, Ernest Nuama, Jorj Mikautadze, Fofana.