Macarıstanla Ermənistan arasında diplomatik münasibətlər bərpa ediləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə İrəvan hökumətinin noyabrın 28-də keçirilən iclasında qərar qəbul edilib.
Ermənistanın Macarıstanda səfirliyinin yaradılması ilə bağlı əsasnamə təsdiq edilib.
Əsasnamədə bildirilir ki, 2022-ci il dekabrın 1-də Lodz şəhərində ATƏT Nazirlər Forumu çərçivəsində Ermənistan və Macarıstanın xarici işlər nazirləri arasında görüş baş tutub. Bu görüşdə iki ölkə arasında danışıqların aparılması barədə razılıq əldə olunub.
İrəvanın Budapeştlə diplomatik əlaqələrini bərpa etməsinin Avropa İttifaqı ilə münasibətlər baxımından vacibliyini vurğulanıb.
Ayşən Mustafa
Globalinfo.az