dodon

Moldova Ukraynada konfliktə qoşulmamalı və konstitusiyaya uyğun olaraq neytrallığını qorumalıdır.

Globalinfo.az xəbər verir ki, bunu Moldovanın rusiyayönlü eks-prezidenti İqor Dodon deyib.

“Bu bizim müharibə deyil və heç kimin tərəfində olmalı deyilik. Biz gərək neytrallığımızı qoruyaq”, – o bildirib.

Qeyd edək ki, Moldova kəşfiyyatının rəhbəri bundan öncə Rusiyanın ölkə ərazisinə 2023-cü ildə hücum edəcəyi iddiası ilə çıxış edib.

Paylaş: