1355135

“ABŞ-ın Rusiya regionlarının dərinliklərinə endirdiyi raket zərbələri ciddi eskalasiyaya gətirib çıxaracaq”.

Globalinfo.az xəbər verir ki, bunu TASS-a Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski deyib.

“Ola bilməz ki, Bayden Administrasiyası Tramp komandasına qarşısıalınmaz problem qoyub gedəcəyini anlamasın”, – L.Slutski vurğulayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden Ukraynaya Rusiya ərazisinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verib.

Globalinfo.az

Paylaş: