trump saakasvili05w14wzeofdm4 1892

“Donald Tramp mənə dedi: Mişa, yenidən prezidentliyə namizəd olmağım barədə nə düşünürsən? “Düşünürəm ki, sizin qalib gəlmək şansınız çoxdur”, – deyə cavab verdim”.

Globalinfo.az xəbər  verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.

Saakaşvili bildirib ki, Tramp ona ətrafdakıların bu şanslara inanmadığını deyib.

“2013-cü ildə, prezidentliyimdən sonra mən Nyu-Yorkda idim. Maykl Koen mənə zəng edərək Donaldın danışmaq istədiyini dedi və telefonu ona verdi. Soruşdu ki, haradasan? Nyu-Yorkda olduğumu bildirdim. Həmin vaxt Tramp prezidentliyə namizədliyi ilə bağlı məndən fikrimi soruşdu. Onun şanslarını yüksək qiymətləndirdiyimi dedim. Mən onu ruhlandırdım”, – Saakaşvili vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: