Almaniya İranın bu ölkədəki bütün baş konsulluqlarını bağlayacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Almaniya XİN İran əsilli vətəndaşı Cəmşid Şarməhdin edam edilməsinə cavab olaraq İranın ölkədə üç konsulluğunu bağlayacağını açıqlayıb.
Bildirilir ki, söhbət Frankfurt-Mayn, Hamburq və Münhendəki diplomatik nümayəndəliklərdən gedir.
İranın Berlindəki səfirliyi fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, bu günlərdə Almaniya vətəndaşı 68 yaşlı Cəmşid Şarməhdi İranda edam edilib.














