Rusiyanın Stavropol diyarında AN-2 təyyarəsi sərt eniş edərkən xəsarət alanlar olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi teleqram kanalında məlumat yayıb.
Məlumatda bildirilib ki, təyyarənin göyərtəsində doqquz nəfər olub, onlardan dördü yaralanıb.
“Hadisə zamanı təyyarədə aralarında 8 yaşlı uşaq da olmaqla, doqquz nəfər olub. Dörd nəfər yaralanıb, onlardan üçü xəstəxanaya yerləşdirilib. Ölənlər yoxdur”, – nazirlikdən bildirilib.
Hadisə yerində FHN-in 11 əməkdaşı və beş texnika işləyir.
Xatırladaq ki, ötən gün Rusiyada göyərtəsində 4 nəfərin olduğu “Mi-2” helikopteri Kirov vilayətində sərt eniş edib. Hadisə zamanı 3 nəfər ölüb.