ABŞ xüsusi xidmət orqanları Macarıstanı ölkədə hökumət əleyhinə silahlı aksiya barədə xəbərdar edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Telex” nəşri məlumat yayıb.
İnsidentin 1956-cı il hadisələrinin (SSRİ-nin Macarıstana müdaxiləsi – red.) ildönümü zamanı gerçəkləşdiriləcəyi vurğulanıb.
Mətbuat həmçinin ölkənin xüsusi xidmət orqanlarının artıq Budapeştdə gənclər qrupunu yaxaladığını bildirib. Bununla belə onların niyə yaxalandığını rəsmilər hələ açıqlamayıblar.
Əliyar Xəlil
Globalinfo.az