“Qərblə danışıqların aparılması çox çətindir, çünki onlar bizə qısqanclıqla yanaşırlar”.
Globalinfo.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksand Lukaşenko deyib.
“Dünən qeyri-ictimai bir gün keçirdim, amma çox çətin idi. Qərb dövlətlərinin nümayəndələri ilə çox mürəkkəb, çətin, lakin maraqlı danışıqlar oldu. Onlarla söhbət edərkən bizi necə yaxından izlədiklərini anladım. Səhvlərimizi, uğurlarımızı necə də diqqətlə öyrənirlər. Bilirsiniz, görüşdə ən varlı ölkələr təmsil olunurdu. Amma onlar bizə paxıllıq edirlər. Çünki biz işləməyi, yaşamağı və bayram etməyi bacarırıq. Kiçik bir ölkə olaraq öz inkişaf yolumuzu tapmışıq və bu yolda ləyaqətlə addımlamışıq”, – deyə Lukaşenko vurğulayıb.
Müşviq tofiqoğlu
Globalinfo.az