Navalnı ilə vida mərasimi bu tarixədək keçiriləcək

navalni 1

Aleksey Navalnı ilə vida mərasiminin martın 1-nə qədər keçirilməsi planlaşdırılır.

Globalinfo.az xəbər verir ki, bu barədə Navalnının mətbuat katibi Kira Yarmış bildirib.

“Biz bu iş həftəsinin sonunadək Alekseylə vida mərasimi üçün zal axtarırıq. Uyğun binanız varsa, bizimlə əlaqə saxlayın”, – Yarmış X sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, 16 fevralda cəzaçəkmə müəssisəsində 47 yaşında qəfildən ölən Aleksey Navalnının cənazəsi fevralın 24-də anası Lyudmila Navalnayaya təhvil verilib.