Hazırkı situasiyada regionda müharibə heç kimə lazım deyil.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin keçmiş müavini Tiqran Avakyan deyib.
“Buna görə də regiona beynəlxalq sülhməramlılar yeridilə və Azərbaycanla Ermənistan arasında ayırıcı xətt ola bilər. Yəni hazırda Qarabağın müstəqilliyindən danışmaq mümkün deyil. Lakin hələ ki muxtariyyatdan danışmaq üçün şanslar mövcuddur”, – o bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sözügedən məsələ ilə bağlı danışarkən heç bir status verilməyəcəyini daha əvvəl dəfələrlə bəyan edib.













