muharibe rus

Rusiyada əmək miqrantı kimi yaşayan azərbaycanlılar orada təhlükə ilə üzləşdiklərini iddia edirlər. Deyilənə görə, onların ölkədə qalması üçün şərt irəli sürülür. Ukrayna ilə müharibədə iştirak etmələri təklif edirlər.

Bəs qanun buna nə deyir?

Globalinfo.az-a danışan beynəlxalq hüquqşünas Turqay Hüseynov bunun qanunsuz olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya tərəfi vətəndaşlarımızı məcburi şəkildə müharibəyə göndərə bilməz:

turqay huseynov

Turqay Hüseynov

“Heç kim məcburi şəkildə kiməsə vətəndaşlığı qəbul etdirə və onu müharibəyə göndərə bilməz. Əgər Azərbaycan vətəndaşı miqrasiya qanunvericiliyini pozubsa, o zaman deportasiya olunmalıdır. Görünür, bunlar müharibədə öldürməyə adam axtarırlar. Ona görə də, belə bir təklif edirlər. Bəlkə də, heç vətəndaşlıq məsələsi də yalandır. Sadəcə, tez-bazar vətəndaşlıq söhbətini ortaya atırlar ki, onlar döyüşə getsinlər. Heç bilinmir ki, oradan sağ qayıdacaqlar, yoxsa yox”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: