İsrailin atəşə tutması nəticəsində Livanda üç gün ərzində 40-dan çox xilasedici və yanğınsöndürən həlak olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Livanın səhiyyə naziri Firas Abiad deyib.
O, jurnalistlərə bildirib ki, sərhəd döyüşləri başlayandan bəri 97 yanğınsöndürən həlak olub, 188 nəfər yaralanıb.
Abiad əlavə edib ki, Livanda 127 uşaq daxil olmaqla ümumilikdə 1974 nəfər həlak olub, 9350-dən çox insan xəsarət alıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az