“ABŞ müdafiə naziri Lloyd Ostin İranın İsrailə raket hücumundan qısa müddət sonra müdafiə naziri Yoav Qallantla danışıb”.
Globalinfo.az xəbər verir ki, bunu Pentaqonun sözçüsü Pat Rayder deyib.
Onun sözlərinə görə, Ostin ABŞ-ın İsrailin müdafiəsi ilə bağlı öhdəlik götürdüyünü bir daha təsdiqləyib.
Eyni zamanda ABŞ-ın Yaxın Şərqdə Amerika aktivlərini və İsraili müdafiə etmək üçün yaxşı mövqedə olduğunu vurğulayıb.
Qeyd edək ki, ötən gün İranın İsrailə raket hücumu zamanı Y.Qallantla əlaqənin kəsildiyi iddia edilmişdi.
Safura Bənnayeva
Globalinfo.az