Rusiyanın Baş naziri Mixail Mişustin oktyabrın 1-də Ermənistana işgüzar səfərə gedəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki,Rusiyanın Baş naziri İrəvanda Avrasiya Hökumətlərarası Şurasının və Avrasiya İqtisadi Forumunun plenar iclasında iştirak edəcək.
Qeyd olunub ki, iclasda daxili bazarın fəaliyyətinə, sənaye, nəqliyyat, gömrük-tarif, kənd təsərrüfatı və enerji sektorlarında qarşılıqlı əlaqənin inkişafına xüsusi diqqət yetiriləcək.
Bundan əlavə, baş nazirlər 2030-cu ilə qədər Aİİ çərçivəsində sənaye əməkdaşlığı sahələrinin əsas istiqamətlərini nəzərdən keçirəcəklər.
Xatırladaq ki, M.Mişustin avqustun sonlarında Ermənistanda olmuşdur. O, həmin vaxt kifayət qədər diqqətçəkən bəyanatlarla çıxış etmişdi. Demişdi ki, Rusiya ilə Ermənistan arasında iqtisadi dövriyyə 2025-ci ilə kimi 14-16 milyard dollara qədər yüksələ bilər. 2022-ci ilə kimi bu dövriyənin 2 milyard həcmində olduğu deyilir.
Qeyd edək ki, Mişustin sabah İrana səfər edəcək. O, İran Prezidenti Pezeşkian və ölkənin birinci vitse-prezidenti Məhəmməd Rza Ariflə danışıqlar aparacaq.