Rusiya-Türkiyə savaşı başlayacaq? – Satanovski mesaj verdi

Rusiya-Türkiyə savaşı başlayacaq? – Satanovski mesaj verdi

Ermənistan Rusiya-Türkiyə müharibəsinə ümid edirsə, bu olmayacaq.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeni Satanovski deyib.

“Azərbaycan Türkiyə ilə müqavilə imzalayan ölkədir, hansı ki, “bir millət iki dövlət” proqramı çərçivəsində inkişaf edir. Əgər Ermənistan gələcəyini Rusiya ilə Türkiyə müharibəsi çərçivəsində reallaşdırmağa hazırlaşırsa, bu olmayacaq. Bizim NATO bloku ilə savaşımız var, amma Türkiyə ilə savaşmayacağıq. Bu faktdır və onu Putinə təklif etmək mənasızdır. Cənab Paşinyanın kaprizləri onun şəxsi problemlərinin predmetidir. Onun Rusiya prezidenti ilə müzakirə edəcəyi reallıqlar var və Ermənistan özünü olmadığı kimi qələmə verməyi dayandırsa, İrəvan üçün daha yaxşı olacaq”, – o bildirib.

Gülnar Səlimova
Globalinfo.az