ismail kartal

“Fənərbağça”nın prezidenti Ali Koçun başqa komanda ilə anlaşmasını istəmədiyi sabiq baş məşqçisi İsmail Kartal karyerasını Azərbaycanda davam etdirə bilərmiş.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalist Ahmet Ercanlar “YouTube” kanalında verib.

O, İsmail Kartalın Azərbaycan və İran klublarından 1,5 milyon avroluq maaş təklif aldığını bildirib:

“Mənə dedi ki, çempionluğa oynayan komanda istəyir. Azərbaycanda “Qarabağ”ın dəstəkləndiyini, orada xüsusi vəziyyətin olduğunu söylədi”, – deyə A.Ercanlar bildirib.

Qeyd edək ki, “Fənərbağça” klubunun prezidenti Ali Koç İsmail Kartala qış transferi pəncərəsinədək başqa komanda ilə razılaşmamasını tapşırıb.

Xatırladaq ki, “Fənərbağça”nı bu il iyunun 3-dən portuqaliyalı baş məşqçi Joze Mourinyo çalışdırır.

Paylaş: