66f6ee3b54fa166f6ee3b54fa2172745887466f6ee3b54f9e66f6ee3b54f9f

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Faisal bin Farhan Al Saud ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, görüş əsnasında tərəflər arasında qarşılıqlı yüksək səviyyəli səfərlərin əməkdaşlığın genişləndirilməsində və dərinləşməsində mühüm rolu, o cümlədən iqtisadiyyat, ticarət, investisiya, humanitar və turizm sahələrində mövcud inkişaf imkanları müzakirə edilib.

Söhbət zamanı COP29, münaqişədən sonrakı vəziyyət, eləcə də Azərbaycan-Ermənistan arasında normallaşma prosesi diqqət mərkəzində olub.

Paylaş: