mahir emreli adi

Komanda mental olaraq yaxşı vəziyyətdə deyil.

Globalinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.

O, UEFA Millətlər Liqasının D divizionunun qrup mərhələsində Lixtenşteyn yığması ilə heç-heçə (0:0) etdikləri oyun barədə bunları deyib:

“Xalqımızdan üzr istəyirik. Qol epizodlarımız oldu. Bu oyun bizim ayıbımız olaraq yadda qalacaq”.

Qeyd edək ki, hazırda aktivində 2 xalı olan yığma ikinci pillədə qərarlaşıb. Rəqib isə 1 xalla sonuncu – üçüncü yerdədir.

 

Paylaş: