qizil saray

“Qızıl Saray” şadlıq sarayında plandankənar yoxlama aparılıb.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

AQTA-nın əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsi, ev 338A ünvanında fəaliyyət göstərən fiziki şəxs Mirzəyev Eltun Ceyhun oğluna məxsus “Qızıl Saray”da aparılan yoxama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, müəssisədə istifadə olunan ətlərin müşayiətedici sənədlərinin olmadığı və istehlaka yararsız vəziyyətdə olduğu aşkarlanıb. Həmçinin digər nöqsanlar müəyyən olunub.

Aşkarlanmış nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. İstehlaka təqdim olunan ətlərdən nümunələr götürülərək müayinələrin aparılması məqsədilə laboratoriyaya təqdim olunub. Həmin məhsulların dövriyyəsi qadağan edilib, nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

828712247 944085814963663 8762108725336099940 n
829075774 1096933109485729 412528042499765501 n
829544102 1107749588264799 100586938383714055 n
830835171 898566203187551 6536092034730186015 n
830883158 2543072709492601 7318568546616465470 n

Paylaş: