
Türkiyənin Manisa vilayətinin Soma rayonunda fəaliyyət göstərən mədən müəssisələrindən birində çökmə baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Manisa Valiliyi məlumat yayıb.
İlkin qiymətləndirmələrə əsasən, hadisə zamanı 7 mədən işçisinin dağıntılar altında qala biləcəyi müəyyən edilib.
Xilasetmə qruplarının keçirdiyi əməliyyat nəticəsində işçilərdən ikisi sağ vəziyyətdə dağıntılar altından çıxarılıb.
Hazırda digər işçilərin tapılması üçün axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Safura Bənnayeva
Globalinfo.az