ABŞ 8 milyard ayırdı – Zelenskidən reaksiya

ABŞ 8 milyard ayırdı - Zelenskidən reaksiya

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın Kiyevə 7,9 milyard dollarlıq yeni yardım paketini açıqlayıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, o, bu barədə Teleqram kanalında bəyanat yayıb.

“Bu gün Ukraynaya 7,9 milyard dollar dəyərində əhəmiyyətli müdafiə yardımı və Rusiyaya qarşı sanksiyalar elan etdiyiniz üçün təşəkkür edirik”, – Zelenski qeyd edib.

O əlavə edib ki, Vaşinqton Kiyevi yeni “Patriot” hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək və F-16 qırıcı pilotlarının hazırlanması proqramını genişləndirəcək.