Armen Petrosyan

“İsrail-Livan gərginliyinin genişmiqyaslı müharibəyə çevrilmə ehtimalı azdır. Tərəflər yalnız zərbələrlə kifayətlənəcək ki, bu da yanvar-fevral ayına qədər davam edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Armen Petrosyan deyib.

O, Vaşinqtonun ABŞ-dakı seçkidən sonra İsrailə kəskin təzyiq edəcəyini bildirib. Lakin Petrosyan Yaxın Şərqdəki qeyri-stabilliyin Ermənistana birbaşa təsir göstərdiyini söyləyib:

“Hizbullah”ın dağıdılması İranın mövqelərini zəiflədəcək. Bu, Tehranın mövqelərinə strateji zərbə olacaq. Son illərdə Ermənistan İrana Qafqazda əsas stabilləşdirici faktor kimi baxır. Bu o deməkdir ki, həmin faktor da zəifləyəcək. Bu isə onun rəqiblərini aktivləşdirə bilər. Söhbət Türkiyə və Azərbaycandan gedir. Bu ölkələr öz planlarının reallaşması üçün daha azad hərəkət edəcəklər”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: