Makron Pezeşkianla görüşdə İranı tənqid etdi – VİDEO

Makron Pezeşkianla görüşdə İranı tənqid etdi - VİDEO

İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 77-ci sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşüb.

Globalinfo.az xəbər verir ki, görüş zamanı Fransa prezidenti Tehranın Rusiyaya ballistik raket ötürməsini pisləyib.

Makron həmçinin Pezeşkiana İranın nüvə proqramının dinamikasından narahat olduğunu bildirib.

Görüş zamanı prezidentlər Yaxın Şərqdəki vəziyyəti də müzakirə ediblər.

Əliyar Xəlil
Globalinfo.az