Ukrayna belarus rusiya

“ABŞ Ukraynaya Qərbin raketləri ilə Rusiyanın daxilinə zərbə endirməyə icazə verib-vermədiyini açıqlamayacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Times” öz mənbələrinə istinadən məlumat yayıb.

“Bu, həqiqətən Britaniya və ABŞ-ın qərarıdır. Əsas problem odur ki, biz Rusiyanın “qırmızı xətlər”inin haradan keçdiyini bilmirik. Üstəlik, Moskva tərəfindən təhdid səviyyəsi heç vaxt bu qədər yüksək olmayıb”, – qəzetin mənbəsi bildirib.

Nəşr yazır ki, ABŞ Rusiyanın daxilinə zərbə endirməyə icazə versə də, konfliktin gedişi dəyişməyəcək.

Bununla belə Qərbdə siyasətçilər arasında Ukraynanın Rusiyanı ərazisindən orta müddətli perspektivdə çıxaracağına dair fikir ayrılığının olduğu qeyd edilib:

“Bu da Ukrayna üçün istənilən danışıqları çox ağrılı və çətin edəcək”.

“The Times” ABŞ prezidentliyinə namizəd Donald Trampın vitse-prezident vəzifəsi üçün irəli sürdüyü Ceyms Devid Vensinin  Ukraynaya neytral statusun verilməsi ilə bağlı təklifinin birmənalı qarşılanmadığını yazıb. Nəşr qeyd edir ki, Qərb elitası və NATO üçün konfliktin dondurulması, həmçinin Vensinin təklifi  katastrofik nəticə olar.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: