Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqı tərəfindən dondurulan və Ukraynaya verilən 35 milyard avroluq Rusiya aktivlərinin nəyə xərclənəcəyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Ukrayna lideri pulun bir hissəsinin silahlara veriləcəyini deyib.
“Pulun bir hissəsi yerli silahların istehsalına, xüsusən də uzaqmənzilli pilotsuz uçuş aparatlarına və hava hücumundan müdafiə vasitələrinə sərf olunacaq”, – deyə Zelenski vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az