Rusiya ilə Ukrayna tərəfinin nümayəndələri arasında aparılan danışıqlar nəticəsində sentyabrın 14-də 103 nəfər əsirin qarşılıqlı mübadiləsi baş tutub.
Globalinfo.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin “Telegram” kanalında məlumat verilib.
Həyata keçirilən tədbirlərlə onların ailələri ilə əlaqə yaratmaq istəyi təmin olunub, habelə hər biri psixoloji və tibbi müayinədən keçirilib.
Nazirlik hərbçilərə Rusiya ərazisində lazımi tibbi yardım göstəriləcəyini də açıqlayıb.