Cəlilabadda yanğın zamanı tüstüdən zəhərlənən 5 yaşlı R.İ-nin vəziyyəti ağır olaraq qalır.
Globalinfo.az xəbər verir ki, bu barədə APA-nın cənub bürosuna Cəlilabad rayon mərkəzi xəstəxanasının Təcili yardım şöbəsinin həkimi Arzu Cəfərli bildirib.
Qeyd edilib ki, 8 sentyabr 2024 – cü il saat 14:20 radələrində 2019 təvəllüdlü azyaşlı qadın cinsli xəstə tüstüdən zəhərlənmə diaqnozu ilə Cəlilabad rayon mərkəzi xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub: “Təxirəsalınmaz qaydada xəstə reanimasiya şöbəsinə yerləşdirilib, intensiv reanimasion yardım tədbirləri icra olunub. Hazırda xəstənin vəziyyəti ağır olaraq qalır. Müalicə və müşahidə davam edir”.
***16:00
Cəlilabad rayonunun Azərbaycan küçəsində yerləşən iki mərtəbəli yaşayış evində baş verən yanğın söndürülüb.
Globalinfo.az xəbər verir ki, hadisə zamanı evdə təxminən 6-7 yaşlarında iki azyaşlı uşaq olub. Uşaqlardan biri hadisə zamanı çölə qaçaraq xilas olub. Digər uşaq isə yatmış vəziyyətdə olduğundan içəridə qalıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinın Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri uşağı xilas ediblər.
Azyaşlı ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hadisə nəticəsində təxminən 300 kv.m sahəyə malik ikimərtəbəli evin 80 kv.m-i qorunsa da, içəridə olan bütün əşyalar və yanar konstruksiyalar yanıb.
Faktla bağlı araşdırma aparılır.
***15:10
Cəlilabad şəhəri, Azərbaycan küçəsində fərdi yaşayış evi yanır.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, yanan evdə iki azyaşlı qalıb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri uşaqların xilası üçün çalışır.