ABS 1

“ABŞ Ədliyyə Nazirliyinin ittihamları qanunsuzdur və aşkar yalandır”.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq və Birinci Kanalın aparıcısı Dmitri Sayms deyib.

Sayms ABŞ Ədliyyə Nazirliyinin ona və həyat yoldaşı Aleksandraya qarşı irəli sürdüyü ittihamları şərh edib.

Jurnalist iddia edir ki, Amerika vergilərini ödəmək üçün Vaşinqtondakı bank hesabına pul köçürüb.

“Altı ay əvvəl Rusiyaya kibermüharibə elan edildi. Məni çirkli pulların yuyulmasında ittiham edirlər. ABŞ Ədliyyə Departamentinin ittihamları əsassızdır” – Sayms vurğulayıb.

Qeyd edək ki, sentyabrın 5-də ABŞ rəsmiləri Sayms və onun həyat yoldaşını sanksiyaları pozmaqda ittiham edib. İttihamlar təsdiqini taparsa, Sayms və həyat yoldaşını 20 ilə qədər həbs gözləyir.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: