fhn yangin

Bakı şəhəri, Nizami rayonunun ərazisində, Qara Qarayev küçəsində yerləşən ticarət obyektinin arxasındakı köməkçi tikilidə yanğın olub.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin həyata keçirdikləri tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***15:19

“Neftçilər” metrostansiyası və Nizami Rayon İcra Hakimiyyətinin binası yaxınlığında güclü yanğın başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Teleqram kanallarına görüntülər yayılıb.

Paylaş: