ABŞ əmin etdi: “Müstəqilliyini tanımayacağıq”

ABŞ əmin etdi: "Müstəqilliyini tanımayacağıq"

“Amerika Birləşmiş Ştatları Tayvanın müstəqilliyini tanımır və “vahid Çin” prinsipinə sadiqdir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Çinin xarici işlər naziri Van Yi ilə danışıqlarda deyib.

Əlavə olaraq vurğulanır ki, hər iki tərəf dinc, yanaşı yaşamağa çalışır və münasibətlərin gərginləşməsinə yol vermək istəmir:

“ABŞ (ikitərəfli məsələlərdə) Tayvanı  Çindən ayırmaq niyyətində deyil. Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Birləşmiş Ştatlar “vahid Çin” siyasətinə sadiqdir və “Tayvanın müstəqilliyini”, “iki Çini” və ya “bir Çin, bir Tayvanı” dəstəkləmir”, – məlumatda qeyd edilib.

Safura Bənnayeva
Globalinfo.az