zelenski modi

Hindistan Baş naziri Narendra Modi Ukraynada səfərdədir.

Globalinfo.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Hindistan Baş naziri ilə görüşüb.

***11:02

Hindistanın Baş naziri Narendra Modi Ukranaya səfər edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Times of İndia” məlumat yayıb.

Səfər Ukrayna Prezidenti Vladimir Zelenskinin dəvəti ilə baş tutub.

N.Modinin səfər çərçivəsində Ukrayna prezidenti ilə görüşəcəyi, müharibənin sülh yolu ilə həllini müzakirə edəcəyi bildirilir.

Hindistanın Baş nazirinin Rusiyaya səfərdən 6 həftə sonra Ukraynaya getməsi ABŞ və Qərb dairələrində narazılığa səbəb olub.

Qeyd edək ki, Ukrayna 1991-ci ildə müstəqil olduqdan sonra ilk dəfədir Hindistanın baş naziri bu ölkəyə səfər edir.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: