İsraildə ifrat sağçı Otzma Yehudit partiyasından daha iki nazir HƏMAS-la əldə olunan atəşkəs razılaşmasına etiraz olaraq istefa veriblər.
Məlumata görə, İsrailin irs naziri Amiçai Eliyahu və milli davamlılıq naziri Yitzhak Vasserlauf istefa ərizəsini yazıblar.
***13:36
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir istefa verib.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Məlumata görə, o, Qəzza zolağında HƏMAS hərəkatı ilə atəşkəs razılaşmasına etiraz olaraq bu addımı atıb.
Onun partiyası hakim koalisiyadan çıxdığını bəyan edib.
Qeyd edək ki, Ben Gvir bir müddət öncə razılaşmanın təsdiqlənəcəyi təqdirdə partiya üzvləri ilə birlikdə istefa verəcəyini bildirərək, “bu razılaşmanın Qəzza zolağında müharibədə əldə edilən nailiyyətləri aradan qaldıracağını” demişdi.
Safura Bənnayeva
Globalinfo.az