Rusiya hava hücumundan müdafiə sistemi Kursk vilayəti üzərində 2 pilotsuz uçuş aparatı (PUA) və 2 raketi vurub.
Globalinfo.az xəbər verir ki, bu barədə vilayət qubernatorunun səlahiyyətlərini icra edən Aleksey Smirnov məlumat verib .
“Gecə saatlarında Kursk vilayətinin səmasında Ukraynaya məxsus 2 raket və 2 təyyarə tipli PUA məhv edilib”.