Qurgen Arsenyan Ermənistanın Rusiyadakı səfiri təyin edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə sərəncamı Ermənistan Prezidenti Vaaqn Xaçaturyan imzalayıb.
Arsenyanı bu posta Baş nazir Nikol Paşinyan irəli sürüb.
Qeyd edək ki, sabiq deputat A.Arsenyan kəskin anti-Rusiya mövqeyi ilə tanınır. Deputatlığı dönəmində Moskvanın Qarabağın Azərbaycana verilməsində rol oynaması tezisini təbliğ edən əsas simalardan olub. Arsenyan həmçinin Rusiya bazasının Ermənistandan çıxarılmasını müdafiə edənlərdən olub.
Əliyar Xəlil
Globalinfo.az