Zelenskidən mühüm açıqlama: Ukrayna savaşı bitir?

Zelenskidən mühüm açıqlama: Ukrayna savaşı bitir?

“Ukraynanın məqsədi bu il müharibənin ədalətli bitməsi üçün real əsaslar hazırlamaqdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimiz Zelenski “X” səhifəsində paylaşıb.

O, Kiyevin sülh qətnaməsinin icrası üzərində çalışdığını bildirib.

Qeyd edək ki, son günlər Rusiya və Ukrayna arasında atəşkəs barədə danışıqlar sürətlənib. Kiyev Moskvanı növbəti sülh sammitinə qoşulmağa çağırıb. Kreml isə müharibəni dayandırmağa hazır olduğunu, amma bunun üçün Ukraynanın əvvəlcə rusların nəzarətinə keçən 4 ərazini Rusiyanın torpağı kimi tanımalı olduğunu bildirib.

Ayşən Mustafa
Globalinfo.az