“İsrailə cavab real və çox düşünülmüş olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Hizbullah lideri lideri Seyid Həsən Nəsrullah deyib.

O,Hizbullahın İsraillə hərbi əməliyyatların yeni mərhələsinə keçdiyini bildirib.

“İsrailə cavab vermək üzərində düşünürük. İsrailin cinayətlərinə mütləq cavab veriləcək və bu məsələ müzakirə mövzusu deyil. Qərar indi döyüş meydanındadır, biz real və çox düşünülmüş variant axtarırıq. Hizbullah İsraillə bütün cəbhələrdə hərbi əməliyyatların yeni mərhələsinə keçir. Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsi yalnız müqavimət qüvvələrini gücləndirib. Hizbullah özünü HƏMAS ilə “müqavimət və şəhadətdə” tərəfdaş hesab edir. Biz qələbəyə can atacağıq”, – deyə Nəsrullah vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: