Makron da Pezeşkiana xəbərdarlıq edibmiş

Makron da Pezeşkiana xəbərdarlıq edibmiş

Fransa Prezidenti Emmanuel Makronun İran Prezidenti Məsud Pezeşkianla telefonla danışığının detalları məlum olub.

Globalinfo.az xəbər verir ki, məlumatı Fransa prezidentinin mətbuat xidməti yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Makron Rusiyanın Ukraynaya qarşı müharibəsinə vurğu edib. O, Pezeşkianı Rusiyanı müharibədə dəstəkləməməyə çağırıb.

Qeyd edək ki, İran 2022-ci ildən Rusiyaya Şahed PUA-larını verir. Bu, PUA-lar Ukraynaya qarşı döyüşlərdə geniş istifadə edilir.

Xatırladaq ki, ötən gün Məsud Pezeşkian Makrona İsrailin Livana hücumunun ağır nəticələri barədə xəbərdarlıq edib.

Əliyar Xəlil
Globalinfo.az